NASA administratoru Ayda ABŞ bazası qurmaq niyyətindədir...

29 Dekabr 2025 19:36 (UTC+04:00)

...Bazar günü, 28 dekabrda NASA administratoru Cared İsaakman Ayda ABŞ bazası qurmaq niyyətini açıqladı.

...Biz Ayda baza quracağıq,-milyarder özünün X sosial media səhifəsində yazıb.

SİA-nın məlumatına görə, 31 oktyabrda NASA administratoru vəzifəsini icra edən Şon Daffi amerikalı aktrisa Kim Kardaşyanın ABŞ astronavtlarının heç vaxt Aya enmədiyi iddiasını təkzib etdi.

O, amerikalıların Aya altı dəfə baş çəkdiyini bildirdi.

O, həmçinin Artemis proqramının ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında geri döndüyünü qeyd etdi.

...12 sentyabrda Marsın səthindəki böyük "bəbir ləkələrini" və xaşxaş toxumlarına bənzər daha kiçik formasiyaları təhlil etdikdən sonra NASA alimləri onların planetdə mövcudluğunun yeganə izahının mümkün bioloji aktivlik olduğunu bildirdilər.

11 dekabrda NASA 2013-cü ildən bəri Mars ətrafında fırlanan MAVEN kosmik gəmisi ilə əlaqəsini itirdiyini bildirdi. Alimlər siqnalı 6 dekabrda kosmik gəmi Marsdan ayrıldıqda itirdilər.

Nazlı Almuradova