Azərbaycan idmançısı iki il müddətinə diskvalifikasiya edilib

29 Dekabr 2025 15:54 (UTC+04:00)

Azərbaycanın qol güləşi üzrə idmançısı Təbriz Səfərov diskvalifikasiya edilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən SİA-ya bildirilib ki, idmançının dopinq testində qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.

O, antidopinq qaydalarını pozduğuna görə 24 ay müddətinə diskvalifikasiya olunub.