Sumqayıtda yaşayış binasında mənzil yanır

29 Dekabr 2025 13:29 (UTC+04:00)

Sumqayıt şəhərində yaşayış binasında mənzil yanır.

SİA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonunda yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-un Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.