Uşaqlarda yaş prosesinin gətirdiyi çətinlikləri necə adladaq

29 Dekabr 2025 13:09 (UTC+04:00)

“Uşaqların bir yaşdan növbəti yaşa keçməsi həm uşağa, həm də ailəyə sevinc gətir. Eyni zamanda, nəzərə almalıyıq ki, yaş özüylə bərabər bəzi problemlər də gətirir. Yaş mərhələlərini keçərkən uşağın yanında sevdiklərinin, aiəsinin ona dəstək olması çox vacibdir. Burada bir məqam vardır ki, o əsasdır. Bəzən həyat yoldaşını itirən qadınlar, övladlarının 2-3 yaşı varsa, bunu ondan gizlədir. Bilmir necə izah etsin, elə anlayır ki, övladı travma alacaq, hissləri onun kimi yaşayacaq. Ancaq burada gizlətdiyi özünün yasıdır. Hətta bəzən uşağa atasının adından hədiyyələr alıb gətirir və ya atasının uzaqda olduğunu, nə vaxtsa gələcəyini deyir. Bəzi hallarda isə, “ata mələk oldu”, “ata səni göylərdən izləyir” kimi sözlər demək də düzgün deyil. Bu kimi ifadələr işlətmək uşaqda ölümə marağı da artıra bilər. Uşaq düşünə bilər ki,”cizgi filmlərdəki kimi mən də özümü pəncərədən atsam, anamın dediyi kimi, yenidən öləcəm sonra diriləcəm, olub-bitəni göylərədən izləyəcəm.” Bu da təbii ki, təhlükəlidir. Əksinə, uşaq anlaycağı dildə yasın bitmiş bir proses olduğunu anlamalı və cizgi filmlərdə izlədiyi “geri qayıtmaq” kimi prosesin olmadığını anlamalıdır. Həmçinin uşaq böyüdükdə bunların yalan olduğunu, valideyninin əslində öldüyünü bildikdə aqressivləşir. Belə olan halda uşaq vaxtı ona yalan dediyinə görə valideyninə qarşı inamsız, güvənsiz olur və kin bəsləməyə başlayır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq əlavə edib ki, yas dönəmini burada təkcə sevdikləri və ya ailə üzvünə deyil, hətta çox sevdiyi heyvanına da aid etmək olar: Məsələn, uşağın çox sevdiyi pişiyi ölərsə bunu ondan gizlətmək və ya başqa bir pişik alıb gətirmək vəziyyəti daha da pisləşdirər. Yenə də, onun anlayacağı dildə izah etmək, görməsi, ölümü qəbul etməsini və yas dönəmini tamamlamasında vacib rol oynayır.

“6 aya qədər bunun kədərini yaşamaq təbiidir. Əgər bu period 2 ili aşırsa, bu, təhlükəlidir və ciddi psixoloji problemlərə, depressiyaya, nevroza, panik ataklara və s. səbəb olur. Belə olan halda mütləq psixoloji dəstək və terapiya lazımdır”.

Afət Tahirqızı