Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

29 Dekabr 2025 11:44 (UTC+04:00)

Ədliyyə naziri Fərid Əhmədov yanvarın 9-da Salyan şəhərində Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala ve Biləsuvar sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı yanvarın 8-dək yalnız rəsmi iş günləri və saatları ərzində Şirvan regional ədliyyə idarəsinə (ünvan: F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 021 212 67 27) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.