Nəsimi rayonunda iki küçənin kəsişməsində yaranan qəza şəraiti aradan qaldırılıb

29 Dekabr 2025 10:33 (UTC+04:00)

Paytaxtın Nəsimi rayonunda, Nəsib bəy Yusifbəyli və Novruzov qardaşları küçələrinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.