...Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Mixail Şvıdkoyun sözlərinə görə, əfsanəvi fransız aktrisası Bricit Bardo "dövrün seks simvolu" kimi formalaşmış imicinə görə Sovet kinosunda görünə bilmədi.
SİA xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" yazıb.
Onun sözlərinə görə, aktrisanın Rusiyaya və rus mədəniyyətinə isti münasibəti var idi, bu, əsasən rus xalqı və müəllimi Boris Knyazevlə (Parisdə Bardoya dərs deyən Rusiyalı xoreoqraf-A.B.) qarşılıqlı əlaqələri ilə bağlıdır.
...Düşünürəm ki, o, fransız gözəlliyinə görə həddindən artıq fərdi idi və bundan əlavə, ona "dövrün seks simvolu" ifadəsi əlavə olunurdu və Sovet İttifaqında seks simvollarından qorxurdular.
Şvıdkoy qeyd edib bunu. O, xatırladıb ki, 1970-ci ildə Bardo gəncliyi, gözəlliyi, iradəni və azadlığı təcəssüm etdirən Fransanın simvolu olan Marianne üçün model seçilib.
Buna görə də, aktrisanın vəfatı yalnız bir dövrün deyil, bir neçə dövrün itirilməsini təmsil edir.
Bardonun ölümündən əvvəl nələrə nail ola bilmədiyi məlum olub.
Şvıdkoy bildirib ki, Bardonun obrazı onu o vaxt sevənlərin və bu gün də sevməyə davam edənlərin xatirələrində əbədi olaraq həkk olunub.
...Əvvəllər deyilirdi ki, ölümündən bir neçə ay qabaq əfsanəvi aktrisa Rusiyaya dəbdəbəsiz, jurnalistlər və müsahibələr olmadan səfər etmək istəyini bildirib. Təəssüf ki, səhhəti sürətlə pisləşdiyinə görə onun arzusu yerinə yetirilməyib.
Əli Babayev