A Seriyası: “Milan” və “Napoli” vacib qələbə qazanıb

28 Dekabr 2025 20:01 (UTC+04:00)

İtaliya A Seriyasında XVII turun oyunları davam edir.

SİA xəbər verir ki, “Milan” evdə “Verona”nı üç cavabsız qolla məğlub edib.

“Napoli” isə səfərdə “Kremonese”dən üstün olub - 2:0.

Turnir cədvəlinə 35 xalla “Milan” başçılıq edir. Rəqibindən 1 xal geri qalan “Neapol” klubu ikinci pillədə qərarlaşıb.