Gürcüstanda zəlzələ olub

28 Dekabr 2025 18:22 (UTC+04:00)

Dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Dmanisi şəhərindən 19 kilometr qərbdə, əsasən, azərbaycanlılar yaşayan Məmişli kəndi ərazisində qeydə alınıb.

Yeraltı təkanların gücü 3,8 bal olub.

Dağıntı və ya digər zərərlə bağlı hələlik məlumat yoxdur.