Bu gün mən bir ağrı haqqında danışmaq istəyirəm, yoxlamışam və onun şahidi olmuşam.
Son illərdə “TikTok” sosial şəbəkəsi yalnız əyləncə platforması olmaqdan çıxaraq, müxtəlif “investisiya”, “depozit”, “tez qazanc” təkliflərinin yayıldığı məkana çevrilib. Təəssüf ki, bu sahədə dələduzluq halları sürətlə artmaqdadır və minlərlə insan maddi zərərə məruz qalır.
Bahalı maşın, pullar, saxta gülümsəmə…
Və bir cümlə: 500 manat yatır, 24 saata 5.000 manat al”, “depozit qoy, biz sənin üçün işlədək” kimi vədlər verirlər.
Amma o an sən aldadıldığını bilmirsən.
Bu pullar kimindir?
Bu pullar:
borcla yığılan puldur
kirayə haqqıdır
uşağın məktəb puludur
ananın dərman pulu, atanın ümididir
Dələduz isə bunu bilə-bilə deyir:
“Qorxma, mən buradayam.
Və sən inanırsan.
Çünki ümidin var…
Çünki bəlkə bu son şansındır…
Saxta ekran görüntüləri, yalançı rəylər, bot hesablar vasitəsilə etibar qazanırlar.
Ən çox istifadə olunan üsullar bunlardır.
Kartdan karta köçürmə tələb olunur.
Pul göndərildikdən sonra, səhifə bloklanır.
Yazışmalar silinir, şəxs yoxa çıxır, bəzən əlavə pul istənilir: komissiya, vergi və çıxarış haqqı” adı ilə.
Kimlər daha çox qurban olur?
Asan qazanc axtaranlar;
Maliyyə savadlılığı zəif olan şəxslər;
İşsiz və ya borcu olan insanlar;
Emosional vəziyyətdə qərar verənlər;
Dələduzlar insanların ümidindən və çarəsizliyindən istifadə edirlər.
Sən susduqca, başqaları da yanır.
Birinin səsi yüzlərini xilas edə bilər.
Utanc sənin deyil.
Cinayət onların boynundadır.
Ekranın arxasında gizlənmək məsuliyyətdən azad etmir.
Bu gün bir daha deyirik: “Depozit” adı ilə pul yığmaq-cinayətdir.
Və bu cinayətin qarşısını almağın yolu: bilmək, danışmaq və hüquqa müraciət etməkdir.
Danışdığımız mövzu təkcə sosial şəbəkə problemi deyil.
Bu, qanunun pozulması və cinayətdir.
“TikTok” və digər platformalarda “depozit”, “investisiya”, “tez qazanc” adı ilə insanlardan pul toplanması Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.
Pulunu qoru. Ümidini qorxuya satma.
Yəni bu, sadəcə “aldatma” deyil-kompleks cinayətdir.
Qurban olan şəxslər nə etməlidir?
Hüquqi baxımdan ən vacib addımlar:
Bank köçürmələrinin sübutlarını saxlamaq.
Yazışmaların, səsli mesajların ekran görüntülərini qorumaq.
Hüquq-mühafizə orqanlarına müraciət etmək.
“Utandım, susdum” deməmək.
Çünki susmaq cinayətkarı gücləndirir.
Sosial şəbəkə:
nəzarətsiz platforma deyil
şikayət edilən hesablar bloklanır,
hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Yəni şikayət etmək nəticəsiz deyil.
Qanun hər kəs üçündür.
"Sedyarli Hüquq Məsləhətxanasinin" direktoru Samirə Qasımova