Litvada sovet adları olan on doqquz küçənin adı dəyişdirilib...

28 Dekabr 2025 18:54 (UTC+04:00)

...SİA-nın məlumatına görə, RT Baltikyanı respublikanın dövlət qeydiyyat mərkəzinə istinadən xəbər verir ki, Litvada iyirmi küçənin adı dəyişdirilib, çünki onlar "kommunist ideyalarını" və sovet keçmişini xatırladırdı.

1 yanvar - 10 dekabr tarixləri arasında ünvan reyestrində "sovet" küçələrinin 19 –nun adı dəyişdirilib.

Ən çox adlandırılan küçələr klassik Litva ədəbi simalarının - Salomeja Neris, Liudas Gyra, Petras Cvirka və Vitautas Montvilanın adları ilə adlandırılan küçələr olub.

Sovetləşmə Komissiyası bu yazıçıların "işğal" siyasi strukturları ilə əlaqəli olduqlarını və "kommunist ideyalarını təbliğ etdiklərini" müəyyən edib.

Hazırda Litvada sovet adları olan təxminən 100 küçə qalıb. Daha əvvəl Litvanın Radviliškis rayonunun hakimiyyəti şairə Salomeja Neris və aqronom Romanas Žebenkanın adları ilə adlandırılan küçələrin adlarının dəyişdirilməsinə qarşı çıxmışdı.

Əli Babayev