...Ukraynanın qələbəsini təmin etmək üçün Rusiya təcavüzkarının iqtisadiyyatını sarsıtmağa diqqət yetirməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Espresso proqramı ilə bağlı Avropadakı ABŞ qüvvələrinin keçmiş komandanı, təqaüdçü general Ben Hodces bildirib.
...Düşünürəm ki, Ukraynanın qələbəsinin nəzəriyyəsi Rusiyanın neft-qaz infrastrukturunu və neft-qaz ixrac etmək qabiliyyətini məhv etməkdən ibarətdir. Ukrayna Rusiyanı belə məğlub edir, - deyə o bildirib.
Hodces vurğulayıb ki, Rusiya Çin, Hindistan, Türkiyə və digər müştərilərə neft və qaz ixracından əldə etdiyi gəliri itirərsə, təcavüzünü maliyyələşdirə bilməyəcək.
Bundan əlavə, neft və qaz sektoruna zərbələr Rusiyanın daxili bazarında, xüsusən də ordu üçün müəyyən yanacaq çatışmazlığı yaradacaq.
Məhz buna görə təqaüdçü general kölgə donanmasına məxsus tankerlər də daxil olmaqla, Rusiyanın qaz və neft infrastrukturuna qarşı hava hücumları kampaniyasının davam etdirilməsinin zəruri olduğunu düşünür.
...Bu, Rusiyanı məğlub etməyin vacib hissəsidir. Və maraqlıdır ki, bunun çox hissəsi Ukrayna texnologiyasının, özlərinin hazırladıqları Ukrayna silahlarının və Ukrayna kəşfiyyatının köməyi ilə edilir. Beləliklə, mənə görə, bu, doğru yoldur, - Hodces əlavə edib.
Əli Babayev