...Təbii işıq 2-ci tip diabetin idarə olunmasında əlavə amil ola bilər. Son tədqiqatlara görə, gündüz işığına məruz qalmaq süni işıqlandırma ilə müqayisədə qanda qlükoza səviyyəsinin daha sabit olmasına kömək edir.
SİA-nın əldə etdiyi məlumata görə, endokrinoloq Zöhrə Pavlova bu barədə Telegram kanalında yazıb.
Bu təsir günəş işığının sirkadian ritmlərin - bədənin daxili bioloji saatının sinxronizasiyasına təsiri ilə izah olunur.
Bu ritmlərin düzgün işləməsi metabolik prosesləri optimallaşdırır: daha səmərəli yağ yandırılmasını təşviq edir və şəkər səviyyəsində kəskin dalğalanmaları azaldır ki, bu da ümumilikdə daha balanslı metabolizmə gətirib çıxarır. Vurğulamaq lazımdır ki, bu, terapiyanın əvəzi deyil, potensial olaraq faydalı həyat tərzi əlavəsidir.
Nazlı Almuradova