...Alman supermodel Heidi Klum çimərlikdə istirahət edərkən paparassilər tərəfindən çılpaq şəkildə çəkilib.
SİA-nın məlumatına görə, "The Daily Mail" qəzeti fotoları dərc edib.
52 yaşlı model və 36 yaşlı əri, "Tokio Hotel" gitaristi Tom Kaulitz Sent-Bartelemi adasında fotosessiyaya çəkiliblər. Klum kameralar qarşısına qəhvəyi bikini alt paltarında, ağ beysbol papağında və aviator günəş eynəyində çıxıb.
Dərc olunmuş fotolarda onun günəş vannası qəbul etdiyi və əlində şüşə içki şüşəsi tutaraq dənizdə çılpaq üzdüyü görünür. Daha əvvəl Heidi Klum qurd əleyhinə müalicənin nəticələri barədə danışmışdı.
Supermodel proseduru əri ilə birlikdə keçirdiyini açıqlayıb. O, həmçinin bədənindən heç bir parazit çıxdığını hiss etmədiyini də izah edib.
Nazlı Almuradova