Bardo ölümündən sonra mustanq olmağı arzulayırdı...

28 Dekabr 2025 22:54 (UTC+04:00)

...Məşhur fransız aktrisası Bricit Bardo ömrünün çox hissəsini heyvan hüquqlarına həsr etmiş və ölümündən sonra mustanq kimi yenidən doğulmağı xəyal etmişdi.

...1973-cü ildə özünü heyvan hüquqlarına həsr etmək üçün kinodan təqaüdə çıxan aktrisa hətta özünü mustanq kimi yenidən doğulduğunu da xəyal etmişdi. Ömrünün son illərinə qədər heyvanlara qayğı göstərməyə davam etmiş, onları tez-tez ölümdən xilas etmişdir.

SİA-nın məlumatına görə, bunu "Le Figaro" qəzeti yazır.

...Özümü fərqli, demək olar ki, anormal hiss edirəm. Heyvanlar aşağı növ hesab edildiyi müddətcə, mən bəşəriyyət adlanan bu həyasız və qaniçən irqin bir hissəsi olmayacağam...

Bardo bunu kitabında yazıb.

...Mübarizəmin mənasını yenidən düşünmək və hər kəsə heyvanlara geri qaytarılmalı olan yeri dəfələrlə xatırlatmaq istəyirəm. Onlar məni xilas etdilər, bəs mən onları nə qədər xilas edə bilərəm? - deyə o, düşünürdü.

Bardo özünün "Döyüşün göz yaşları" kitabında qeyd edir ki, "heyvanlara qayğı göstərmək seçimi sadəcə həyatımın istiqamətini müəyyən etməkdən daha artıqdır; bu, başqalarına və digər heyvanlara kömək etmək missiyasıdır... Mübarizəmin simvolu suiti balaları olaraq qalır. Mən 1977-ci ildə buz üzərində suiti balasının iştirakı ilə çəkilmiş bu fotoşəkillə bütün dünyada tanınıram".

Nazlı Almuradova