Kəlbəcərdə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib

28 Dekabr 2025 10:01 (UTC+04:00)

Dekabrın 28-də saat 03.00-dan başlayaraq Kəlbəcər rayonuna qar yağmağa başlayıb.

Yerli sakinlərin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Kəlbəcər şəhərinə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib. Havanın temperaturu - 2°-dir.