Rusiyanın ən narahat səhərləri...

27 Dekabr 2025 21:34 (UTC+04:00)

...2025-ci ilin nəticələrinə əsasən, Sankt-Peterburq sakinlər arasında ən yüksək narahatlıq səviyyəsinə malik şəhər oldu və altı ildən sonra ilk dəfə Moskvanı keçdi.

SİA xəbər verir ki, bu barədə aif.ru KROS-un "Rusların Milli Narahatlıq İndeksi" tədqiqatına istinadən məlumat verib.

Analitiklərin fikrincə, Sankt-Peterburqda narahatlıq indeksi 2025-ci ildə təxminən üç dəfə artaraq rekord həddə çatıb. Mütəxəssislər bunu iqtisadi vəziyyətin pisləşməsi, ipoteka kreditlərinin əlçatanlığının azalması, yanacaq və taksi qiymətlərinin artması ilə əlaqələndirirlər.

Bundan əlavə, sözdə "Dolina effekti", mobil internet kəsintiləri və populyar mesajlaşma tətbiqlərinin yavaşlaması vəziyyətə təsir edib.

Tədqiqata görə, Moskva narahatlıq reytinqində ikinci yeri tutub. Bu il paytaxtda indeks 20 faiz azalıb.

Krasnodar diyarı narahatlıq səviyyəsinin ikiqat artması ilə ilk üçlüyü tamamlayır.

Dekabrın 6-da Çitay-Qorod kitab mağazasının veb saytında keçirilən sorğu göstərib ki, internet istifadəçiləri 2025-ci il üçün "narahatlıq" sözünü ilin sözü seçiblər.

Bu söz ən çox səs toplayıb – 36 faiz - və bu il "cəmiyyətin emosional vəziyyətini əks etdirir".

Nazlı Almuradova