Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək

27 Dekabr 2025 15:52 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 28-də Floridada amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Kanadanın Baş naziri Mark Karni ilə görüşəcək.

SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

"Bəli, biz indi ABŞ-yə gedən təyyarədəyik. Bu yolda biz Kanadada dayanacağıq, mənim Baş nazir Mark Karni ilə görüşüm olacaq", - o, jurnalistlərə bildirib.

V.Zelenski deyib ki, M.Karni ilə görüş zamanı Avropa ölkələrinin liderləri ilə onlayn söhbət də planlaşdırılır:

"Biz bütün məsələləri müzakirə edəcəyik, Donald Trampla fikir mübadiləsi aparacağım sənədlərin detallarını bölüşəcəyik".