İtaliyada HƏMAS-ın maliyyələşdirilməsində şübhəli bilinən 9 nəfər həbs edilib

27 Dekabr 2025 15:08 (UTC+04:00)

İtaliyada HƏMAS-ı maliyyələşdirməkdə şübhəli bilinən 9 nəfər həbs edilib. SİA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Əməliyyatı İtaliya Maliyyə Qvardiyasının iştirakı ilə xüsusi polis bölməsi həyata keçirib.

Həbs olunanlar arasında İtaliyadakı fələstinlilər assosiasiyasının prezidenti Məhəmməd Hannun da var. O, HƏMAS-ın xarici özəyinin üzvü, İtaliya "nümayəndəliyi"nin rəhbərlərindən biri hesab edilir.

Şübhəlilər terror fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur. Agentliyin məlumatına görə, saxlanılanlar üç xeyriyyə assosiasiyası vasitəsilə HƏMAS-a 7 milyon avro köçürüblər.