Rusiyada “Moskviç 412” avtomobili 25 milyon rubla satılır...

27 Dekabr 2025 23:04 (UTC+04:00)

...Unikal avtomobil - 1974-cü il istehsalı olan “Moskviç 412” - İrkutskda satışa çıxarılıb. Yarım əsrdən çox yaşı olmasına baxmayaraq, avtomobil əla vəziyyətdədir.

Sahibi ona xeyli qiymət qoyub. Satıcının sözlərinə görə, Moskviç 1979-cu ildən qarajda saxlanılır və cəmi 12.000 km yol qət edib.

Kuzovun və salonun vəziyyəti buna tam uyğundur.

SİA xəbər verir ki, AutoNews-a görə, sahibi iddia edir ki, “Moskviç 412” Çin avtomobillərinə və hətta bəzi müasir Toyota modellərinə layiqli alternativ ola bilər.

Avtomobilin qiyməti 25 milyon rubldur. Sahibi vurğulayır ki, bu, son qiymət deyil və dəyər yalnız zamanla artacaq. Xatırladaq ki, Rusiya hökuməti avtomobil bazarının 2030-cu ilə qədər ildə 2,5 milyon ədədə qədər artacağını proqnozlaşdırır.

Nazlı Almuradova