Xaçmazda körpə evdə doğuş zamanı ölüb

27 Dekabr 2025 13:40 (UTC+04:00)

Xaçmazda körpə evdə doğuş zamanı ölüb. SİA xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb.

Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.