İmişlidə kişi dəm qazından boğulub

27 Dekabr 2025 13:26 (UTC+04:00)

İmişlidə kişi dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.