“iPhone Fold” belə olacaq - FOTO

27 Dekabr 2025 12:40 (UTC+04:00)

Texnologiya dünyasının məşhur sızıntı mənbələrindən olan Con Prosser “Apple”in üzərində çalışdığı iddia edilən “iPhone Fold” modelinə aid dizayn detallarını və görüntüləri paylaşıb. SİA xəbər verir ki, “Apple” qatlanan telefon bazarında ən böyük şikayət mövzusu olan “ekran qırışığı” problemini həll edib.

Məlumata görə, “Apple” qapaqlı dizayn əvəzinə kitab formasında açılan formanı seçib. Cihazın ən diqqətçəkən xüsusiyyəti isə qatlanma xəttinin, demək olar ki, görünməz olmasıdır.

Bu, hamar ekran təcrübəsini təmin etmək üçün menteşə mexanizmində təzyiqi paylayan xüsusi metal lövhə, maye metal texnologiyası və “Apple” şirkətinə məxsus ultra nazik elastik şüşədən istifadə olunduğu bildirilir.

“iPhone Fold”un xarici hissəsində 5,5 düymlük örtük ekranı, daxili hissəsində isə 7,8 düym ölçüsündə əsas ekranın olacağı deyilir.

Cihazın qatlandıqda 9 mm, açıldıqda isə cəmi 4,5 mm qalınlığında olacağı da müzakirə olunan detallar arasındadır.

Model gücünü “Apple”in “A20 Pro” prosessorundan və ikinci nəsil “C2” modemindən alacaq. Təhlükəsizlik tərəfdə isə seçim dəyişib.

Ekranaltı kamera texnologiyasının istifadə olunmadığı cihazda “Face ID” əvəzinə, yuxarı hissədəki güc düyməsinə inteqrasiya edilmiş barmaq izi oxuyucusu yer alacaq.

Qara və ağ olmaqla iki rəng seçimi ilə satışa çıxması gözlənilən “iPhone Fold”un qiymətinin isə 2 000-2500 dollar (3400-4250 manat) aralığında olacağı təxmin edilir.