Yük avtomobili yeniyetməni vuraraq öldürdü

27 Dekabr 2025 11:05 (UTC+04:00)

Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal-Umbakı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Rəsul Rəşad oğlu Xəlilovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən, 2009-cu il təvəllüdlü Xəlil Ceyhun oğlu Fətəliyevi vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.