"Formula 1" tarixində ən zəngin beş pilot müəyyənləşib. SİA xəbər verir ki, bu barədə "GQ Sports" nəşri siyahı açıqlayıb.
Siyahıya Mixael Şumaxer başçılıq edir. Almaniyalı pilotun sərvəti 790 milyon dollar olaraq qiymətləndirilib. Lyuis Hamilton (304 milyon dollar) ikinci, Fernando Alonso isə (264 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ilk "5-lik"də həmçinin Kimi Raykkonen (254 milyon) və Niki Lauda (203 milyon) yer alıb.