Rusiyada siçan qızdırması halları artmaqdadır...

26 Dekabr 2025 20:43 (UTC+04:00)

...Rusiyada 2025-ci ilin yanvar-oktyabr ayları arasında siçan qızdırması halları ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artıb.

SİA xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rospotrebnadzorun Kazan Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutuna istinadən məlumat yayıb. Hesabatda deyilir ki, 2025-ci ilin ilk on ayı ərzində Rusiyanın səkkiz federal rayonunda və 54 təsis qurumunda yoluxma halları qeydə alınıb.

Qeyd olunur ki, yoluxanların 86 faizini şəhər əhalisi, 13 faizini isə kənd əhalisi təşkil edir.

Daha əvvəl Viral Xəstəliklərin Qarşısının Alınması və Müalicəsi üzrə Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov siçan qızdırmasının qarşısının alınması tədbirləri barədə danışmışdı.

Həkim, tibb elmləri doktoru Aleksey Xuxrev qeyd edib ki, Honkonq qripinin fərqli bir xüsusiyyəti onun daha aydın başlamasıdır.

Nazlı Almuradova