...İndi, ictimaiyyətə açıqlanmadan əvvəl, neyron şəbəkələri ideoloji testdən keçməli və təxminən 2000 konkret suala cavab verməlidir.
Bu olmadan modelin fəaliyyət göstərməsinə icazə verilməyəcək.
SİA xəbər verir ki, The Wall Street Journal qəzetinə görə, tənzimləyicilər süni intellektdən "həssas" mövzularda sorğuların ən azı 95 faizini rədd etməsini tələb edir.
Bunlara Tiananmen meydanındakı hadisələr, insan hüquqları məsələləri, partiya hakimiyyətinin tənqidi və rəsmi xəttə zidd olan hər hansı hekayə daxildir.
Bu cür mövzuların siyahısı müntəzəm olaraq yenilənir və bütün tərtibatçılar üçün məcburidir.
Bu nəzarətlər model təliminə də aiddir. Yalnız əvvəlcədən süzgəcdən keçirilmiş məlumat dəstlərinə icazə verilir: mütəxəssislər minlərlə məzmun nümunəsini əl ilə nəzərdən keçirirlər və materialların ən azı 96 faizi "təhlükəsiz" hesab edilməlidir.
əmi 31 risk kateqoriyası müəyyən edilib ki, bunlardan ən ciddisi dövlət hakimiyyətini sarsıda biləcək məlumatlardır.
Nazlı Almuradova