Azərbaycan cüdoçuları ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər

26 Dekabr 2025 16:35 (UTC+04:00)

Kişi cüdoçulardan ibarət Azərbaycan yığması Şamaxıda ilin son təlim-məşq toplanışını keçir.

Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim düşərgəsinin əsas məqsədi komandanın ümumi fiziki durumunu gücləndirməkdir.

Bundan əlavə, hazırlıq prosesinin məqsədi cüdoçuların qarşıdakı beynəlxalq turnirlərə optimal formada hazırlaşmasıdır.