70 illik, markalanmamış GAZ 12 ZIM 7,5 milyon rubla satılır…

26 Dekabr 2025 23:54 (UTC+04:00)

…1956-cı ildə istehsal olunmuş nadir bir GAZ 12 ZIM Rusiya paytaxtında hərraca çıxarılır. Bu xüsusi nümunənin şəxsi kolleksiyada olduğu məlumdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, kolleksiya üçün nəzərdə tutulmuş GAZ 12 ZIM Moskvada satılır.

Satıcının sözlərinə görə, avtomobil yalnız isti aylarda istifadə olunub. Kuzov paslanmazdır və transmissiya Mercedes sürət qutusu ilə təkmilləşdirilib.

Sahibi avtomobilin qüsursuz vəziyyətdə olduğunu, bütün komponentlərinin təmir olunduğunu iddia edir.

Salon dəri ilə işlənmişdir və başlıq Alkantaradandır. Avtomobil tam işlək vəziyyətdədir.

Bu vintaj avtomobil 90 at gücü istehsal edən 3,5 litrlik mühərriklə təchiz olunub.

Mühərrik mexaniki transmissiya ilə birləşdirilib. Bu nümunənin qiyməti, yuxarıda da qeyd etdiyimiz kimi, 7,5 milyon rubldur.

Nazlı Almuradova