Azərbaycan klubu gənc basketbolçu ilə anlaşıb

26 Dekabr 2025 10:46 (UTC+04:00)

"Abşeron Lions" heyətinə gənc basketbolçu qatıb.

Bu barədə SİA-ya klubdan məlumat verilib.

18 yaşlı Rəsul Məmmədzadə heyətə cəlb olunub.

O, daha əvvəl Azərbaycan Basketbol Liqasında "Naxçıvan"ın formasını geyinib.