...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, AST SpaceMobile-ın BlueBird 6 peyki Yer orbitinə buraxılıb. Bloomberg xəbər verir ki, dizaynına görə “yerüstü astronomiya qatili” ləqəbini alıb.
Buraxılış 24 dekabrda Hindistanın cənubundakı Satiş Dhavan Kosmik Mərkəzindən baş tutub.
Təxminən 16 dəqiqə sonra peyk aşağı Yer orbitinə çataraq LVM3 buraxılış vasitəsini təmin edən Hindistan Kosmik Tədqiqat Təşkilatı üçün rekord qırıb.
Peyk məhdud mobil əhatə dairəsi olan ərazilərdə rabitə təmin etmək üçün nəzərdə tutulub.
BlueBird 6-nın anten sahəsi 223 kvadrat metrdir. Bu, peyki ən parlaq səma cisminə çevirir - onun görünən parlaqlığı dolunayın parlaqlığına çata bilər.
Bu, teleskoplarını kor edərək astronomların işinə mənfi təsir göstərə bilər.
AST SpaceMobile əvvəllər astronomlar üçün narahatlıq yaradan oxşar peykləri buraxıb. Lakin, BlueBird 6-nın anten sahəsi əvvəlki peyklərdən dörd dəfə böyükdür ki, bu da təkcə optik müşahidələr üçün deyil, hətta radio astronomiyası üçün də elmi işləri xeyli çətinləşdirəcəyi gözlənilir.
Qeyd edilir ki, şirkət özü yalnız bir belə peyklə kifayətlənməyi planlaşdırmır — AST SpaceMobile 2026-cı ildə daha 60 oxşar peyk buraxmağı planlaşdırır.
Əli Babayev