“Ağdam yaxın gələcəkdə Qarabağın ən inkişaf etmiş şəhərinə çevriləcək” - POLİTOLOQ DANIŞDI

25 Dekabr 2025 15:54 (UTC+04:00)

“Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, oraya köçürülən əhali ilə görüşləri, eləcə də həyata keçirilən yenidənqurma və infrastruktur layihələrinə diqqəti göstərir ki, bu bölgələrin bərpası və “Böyük Qayıdış” proqramı dövlət rəhbərinin diqqət mərkəzindədir”
Bu sözləri SİA- ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bu yanaşma yalnız Ağdamla məhdudlaşmır; digər azad edilmiş rayonlarda da oxşar strategiya tətbiq olunur:

”Dövlət başçısının səfərləri vasitəsilə həyata keçirilən nəzarət mexanizmi, bölgəyə siyasi və mənəvi dəstək təmin edir, eyni zamanda əhalidə təhlükəsizlik və inkişafla bağlı inam yaradır. Qeyd etmək lazımdır ki, cənab Prezidentin bu açılışları məhz öz doğum günündə həyata keçirməsi də xüsusi simvolik mesaj daşıyır: dövlət başçısı xalqla həmrəydir və ölkənin gələcəyi üçün davamlı fəaliyyət göstərir.

Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, oraya köçürülən əhali ilə görüşləri, eləcə də həyata keçirilən yenidənqurma və infrastruktur layihələrinə diqqəti göstərir ki, bu bölgələrin bərpası və “Böyük Qayıdış” proqramı dövlət rəhbərinin diqqət mərkəzindədir.

Bu yanaşma yalnız Ağdamla məhdudlaşmır; digər azad edilmiş rayonlarda da oxşar strategiya tətbiq olunur. Dövlət başçısının səfərləri vasitəsilə həyata keçirilən nəzarət mexanizmi, bölgəyə siyasi və mənəvi dəstək təmin edir, eyni zamanda əhalidə təhlükəsizlik və inkişafla bağlı inam yaradır. Qeyd etmək lazımdır ki, cənab Prezidentin bu açılışları məhz öz doğum günündə həyata keçirməsi də xüsusi simvolik mesaj daşıyır: dövlət başçısı xalqla həmrəydir və ölkənin gələcəyi üçün davamlı fəaliyyət göstərir.

Ağdamın yaxın gələcəkdə Qarabağın ən inkişaf etmiş rayonuna çevriləcəyi proqnozlaşdırılır. Burada həm yüngül, həm də ağır sənaye sahələrinin yaradılması nəzərdə tutulur. Artıq Azərbaycanda bir sıra müəssisə və zavodlar fəaliyyətə başlayıb ki, bu da ölkənin xarici idxaldan asılılığını azaltmağa və daxili tələbatı yerli istehsal hesabına ödəməyə imkan verir. Bu isə Azərbaycanın iqtisadi müstəqilliyini və dayanıqlılığını gücləndirən mühüm amildir.

Cənab Prezidentin Ağdama və digər işğaldan azad olunmuş ərazilərə göstərdiyi diqqət, bu bölgələrdə Azərbaycanın yeni iqtisadi mərkəzlərinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Kəlbəcər, Laçın, Zəngilan kimi rayonlarda da genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu ərazilərdə beynəlxalq standartlara cavab verən hava limanlarının fəaliyyəti ölkənin güclü dövlətçilik potensialını və yüksək infrastruktur idarəetməsini bir daha nümayiş etdirir.

Ağdam şəhəri bu yenidənqurma prosesində xüsusi yer tutur. Burada sənaye müəssisələri açılır, İsraillə əməkdaşlıq çərçivəsində zavodlar və istehsal sahələri qurulur. Uzun illər dağıdılmış və vaxtilə Yaponiyanın Xirosima şəhərini xatırladan Ağdam bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu proseslər dövlət başçısının işğaldan azad edilmiş ərazilərə göstərdiyi xüsusi qayğı və diqqətin birbaşa nəticəsidir.

Nəticə olaraq, Ağdam və digər azad edilmiş ərazilərdə həyata keçirilən strateji bərpa və inkişaf tədbirləri yalnız iqtisadiyyatın gücləndirilməsi ilə məhdudlaşmır. Bu, həm də yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və köçürülən əhalinin dayanıqlı şəkildə həmin bölgələrdə yaşaması üçün mühüm sosial təminat yaradır. “Böyük Qayıdış” proqramı çərçivəsində bu fəaliyyətlər Azərbaycan dövlətinin post-münaqişə dövründə regionda davamlı inkişaf və sabitliyin təmin olunmasına verdiyi strateji töhfənin əyani nümunəsidir.

Ağdamın yaxın gələcəkdə Qarabağın ən inkişaf etmiş rayonuna çevriləcəyi proqnozlaşdırılır. Burada həm yüngül, həm də ağır sənaye sahələrinin yaradılması nəzərdə tutulur. Artıq Azərbaycanda bir sıra müəssisə və zavodlar fəaliyyətə başlayıb ki, bu da ölkənin xarici idxaldan asılılığını azaltmağa və daxili tələbatı yerli istehsal hesabına ödəməyə imkan verir. Bu isə Azərbaycanın iqtisadi müstəqilliyini və dayanıqlılığını gücləndirən mühüm amildir.

Cənab Prezidentin Ağdama və digər işğaldan azad olunmuş ərazilərə göstərdiyi diqqət, bu bölgələrdə Azərbaycanın yeni iqtisadi mərkəzlərinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Kəlbəcər, Laçın, Zəngilan kimi rayonlarda da genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu ərazilərdə beynəlxalq standartlara cavab verən hava limanlarının fəaliyyəti ölkənin güclü dövlətçilik potensialını və yüksək infrastruktur idarəetməsini bir daha nümayiş etdirir.

Ağdam şəhəri bu yenidənqurma prosesində xüsusi yer tutur. Burada sənaye müəssisələri açılır, İsraillə əməkdaşlıq çərçivəsində zavodlar və istehsal sahələri qurulur. Uzun illər dağıdılmış və vaxtilə Yaponiyanın Xirosima şəhərini xatırladan Ağdam bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu proseslər dövlət başçısının işğaldan azad edilmiş ərazilərə göstərdiyi xüsusi qayğı və diqqətin birbaşa nəticəsidir.

Ağdam və digər azad edilmiş ərazilərdə həyata keçirilən strateji bərpa və inkişaf tədbirləri yalnız iqtisadiyyatın gücləndirilməsi ilə məhdudlaşmır. Bu, həm də yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və köçürülən əhalinin dayanıqlı şəkildə həmin bölgələrdə yaşaması üçün mühüm sosial təminat yaradır. “Böyük Qayıdış” proqramı çərçivəsində bu fəaliyyətlər Azərbaycan dövlətinin post-münaqişə dövründə regionda davamlı inkişaf və sabitliyin təmin olunmasına verdiyi strateji töhfənin əyani nümunəsidir”.