Orban Avropa İttifaqının dağılacağını proqnozlaşdırır...

24 Dekabr 2025 18:16 (UTC+04:00)

...Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropa İttifaqı parçalanma vəziyyətindədir və böyük bir yenidənqurma olmadan mövcudluğunu dayandıra bilər.

O qeyd edib ki, hazırkı Aİ rəhbərliyinin səhvləri birliyin dağılmasına və üzv dövlətlərə bürokratik təzyiqin artmasına səbəb olur.

SİA-nın məlumatına görə, Macarıstanın Baş naziri qeyd edib ki, Brüsselin qərarları çox vaxt yerinə yetirilmir: əvvəlcə bir ölkə, sonra iki və ya üç ölkə...

Aİ qərar qəbul edənlər daim geri çəkilməyə məcbur olurlar. Bu, ağır atletin ştanq qaldırmasına bənzəyir, amma onu qaldıra bilmir və sonda onu yerə salır, - deyə Orban bildirib.

O, benzinlə işləyən avtomobillərə qoyulan qadağanın ləğvini və immiqrasiya siyasətindəki problemləri misal çəkib, Macarıstan cərimə alır, digər ölkələr isə oxşar davranışa görə təşviq alır.

Onun sözlərinə görə, “Avropa İttifaqı daim dövlətlərin suverenliyini məhdudlaşdırır, əldə etdiyi səlahiyyətləri həyata keçirə bilmir", bu da Orbanın fikrincə, Brüsseldə xaos yaradır. O, xəbərdarlıq etdi ki, sürətli və dərin islahatlar aparılmasa, ittifaq geri dönüşün mümkün olmadığı bir nöqtəyə çatacaq.

Əli Babayev