Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür - İLHAM ƏLİYEV

24 Dekabr 2025 18:15 (UTC+04:00)

Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar.

SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.

Bu münasibətlə onları ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız”.