Altayda miqrantlara taksi sürücüsü kimi işləmək qadağan edilib...

24 Dekabr 2025 23:36 (UTC+04:00)

...Altay Respublikası xarici vətəndaşlar üçün qaydaları sərtləşdirərək, onların müəyyən sektorlardakı fəaliyyətlərini məhdudlaşdırıb.

SİA-nın məlumatına görə, miqrantlara artıq taksi sürücüsü, yemək çatdırılma xidmətləri və atəşfəşanlıq satmaq qadağandır.

Respublika başçısı Andrey Turçak bu tədbirlərin təhlükəsizlik məqsədilə və yerli əhalinin maraqlarını qorumaq üçün görüldüyünü vurğulayıb.

Oxşar məhdudiyyətlər əvvəllər Sankt-Peterburqda da tətbiq olunmuşdu.

Əvvəlcə taksi sürücülərinə, sonra isə kuryerlərə qadağa qoyulub.

Şəhər hakimiyyəti izah edib ki, bu tədbirlər əmək bazarına zərər verməyəcək, əksinə Rusiya vətəndaşları üçün daha çox iş imkanları yaradacaq.

Xatırladaq ki, Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının beş bölgəsində qanunsuz miqrasiyanın təşkilatçılarını saxlayıb.

Sosioloq Mukomel bildirib ki, hakimiyyət orqanları ...Hindistandan kütləvi miqrant axınının nəticələrini nəzərə almır.

...Həştərxan vilayəti taksi və ictimai nəqliyyat sektorlarında miqrant işçilərə qoyulan qadağanı uzadıb.

...Sverdlovsk vilayəti əcnəbilərin 22 sektorda iş icazəsi ilə işləməsini qadağan edəcək.

Nazlı Almuradova