“Dəyərlərin anlaşılması həm maddi, həm də mənəvi olmalıdır” - Firudin Qurbanov

24 Dekabr 2025 12:16 (UTC+04:00)

“Bu gün İstanbulda bir neçə yanaşma mövcuddur. Hər il bir çox rəhbər və mütəxəssislərlə birlikdə mühasibat və psixologiya sahələrində davamlı inkişafa nail olunmağa çalışılır. Bu, təbii ki, texnologiyanın inkişafı və texnoloji imkanların artması ilə bağlıdır. Nəticədə dünyanın bütün təbəqələri və cəmiyyət üzvləri üçün güclü təsir imkanları yaranır”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumunun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” panel iclasında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, hazırda dünya necə dəyişib: “Təəssüf ki, insanlar getdikcə daha çox televizora baxır. Televiziyaya baxdıqda isə hörmət, texnologiya, səxavət kimi anlayışlarla qarşılaşırıq və əminəm ki, bu anlayışlar vacibdir. Son araşdırmalar göstərir ki, dünyada televizora baxan insanların sayı 1 milyard 250 milyon nəfərdir. İnternet istifadəçilərinin sayı isə artıq 1 milyard 500 milyon nəfəri ötüb. Bu fakt texnologiyanın nə qədər güclü və təsirli olduğunu göstərir".

Firudin Qurbanov vurğulayıb ki, Azərbaycanda əhalinin üç əsas təbəqəsi bu prosesdən təsirlənir:

Hər kəs öz yolunu seçmək istəyir.

Elə yerlər var ki, orada internet yoxdur.

Bütün sahələrdə, o cümlədən iqtisadi sahələrdə dinlə bağlı məlumatlara ehtiyac artır. Çünki təhsil sistemi və idarəetmə strukturlarında dinin təqdimat forması mühüm rol oynayır və bu, müəyyən narahatlıqlara səbəb olur.

Nazir müavini əlavə edib ki, dəyərlərin anlaşılması yalnız maddi deyil, mənəvi dəyərləri də əhatə etməlidir: “Ən əsas mənəvi dəyərlərdən biri şəhidlikdir. Biz çalışırıq ki, şəhidlərimizin xatirəsini hər zaman uca tutaq və onların mənəvi irsinə sahib çıxaq".

O qeyd edib ki, Azərbaycanda heç bir dini təhqir edilmir və dünya dinlərinə hörmətlə yanaşılır: “Dinin dövlətdən ayrı olması prinsipi müasir dünyada qəbul olunmuş yanaşmadır və Konstitusiyamızda öz təsdiqini tapıb. Dini inanclar azad olmalıdır və insanlar öz dinlərini sərbəst şəkildə seçə bilməlidirlər-istər mövcud dinlərə, istərsə də yeni inanclara aid olsun".

Firudin Qurbanov vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olaraq bu prinsipləri qoruyur və müxtəlif dinlərə mənsub insanlar əsrlər boyu birgə, qarşılıqlı hörmət və anlayış içində yaşamışlar: “Bu, multikultural və tolerant cəmiyyətimizin əsas dayaqlarından biridir”.