BŞTİ: 17 mindən çox şagird təmayül siniflərdə təhsil alır

24 Dekabr 2025 11:04 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 min 110 şagird təhsil alır.

Bu barədə SİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.