Kənd təsərrüfatı nazirinin Sabirabadda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Dekabr 2025 11:01 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun dekabrın 26-da Sabirabad rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı yanvarın 9-na dəyişdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, vətəndaşlar əlavə məlumat almaq üçün nazirliyin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.