ABŞ-da qocalar evində partlayış olub, 2 nəfər ölüb

24 Dekabr 2025 04:45 (UTC+04:00)

BŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında qocalar evində baş verən yanğın və partlayış nəticəsində iki nəfər ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər itkin düşüb. Yerli xilasedicilər yaşlı sakinləri təhlükəsiz yerə evakuasiya ediblər.

Partlayış zamanı binanın bir hissəsi uçub. Hadisə yerində xilasetmə işləri davam etdirilir.