Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

23 Dekabr 2025 17:27 (UTC+04:00)

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda, üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Onun törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar aparılır.