“Bu sənin vaxtın deyil; geri qayıt”...

23 Dekabr 2025 23:16 (UTC+04:00)

...ABŞ-da qeyri-adi bir tibbi hadisə qeydə alınıb. 68 yaşlı pastor Din Braxton bir saat qırx beş dəqiqə ürək dayanmasından sonra həyata qaytarılıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, "Daily Mail" qəzetinə şüurun fövqündə olan təcrübəsindən danışıb.

Keşişin sözlərinə görə, həmin anda o, bədənindən ayrıldığını hiss edib. Özünü işıqla dolu qeyri-adi bir məkanda tapıb. Orada o, özündən əvvəl vəfat etmiş ailə üzvlərini görüb.

O, həmçinin mələklər kimi təsvir etdiyi nurlu varlıqlarla qarşılaşıb.

Bu səyahətin kulminasiya nöqtəsi Braxtonun İsa Məsih kimi tanıdığı bir fiqurla qarşılaşmaq olub.

Bu varlıq onunla birbaşa danışıb. O, "Bu sənin vaxtın deyil; geri qayıt" deyib.

Bu sözlərdən sonra pastorun şüuru qəfildən geri çəkilib. Reanimasiya əməliyyatı aparan həkimlər artıq işlərini başa vurublar və vəziyyəti ümidsiz hesab ediblər.

Onlar patoloji şöbəsi üçün sənədləri hazırlayarkən xəstənin həyati əlamətləri qəfildən qayıtmağa başlayıb. Həkimlər də bu qədər uzun müddətli oksigen çatışmazlığının beyin zədələnməsinə səbəb olmadığına təəccübləndilər...

Xəstəxanada Braxton hətta "möcüzə adamı" ləqəbini alıb. Keşişin özü dünyəvi sözlərlə təsvir edilə bilməyən mütləq bir dinclik və xoşbəxtlik vəziyyəti yaşadığını bildirdi.

O, bu təcrübənin onun həyata və ölümə münasibətini əbədi olaraq dəyişdirdiyinə, imanını daha da dərin və daha şüurlu etdiyinə inanır.

Nazlı Almuradova