...Üz şişkinliyi Kuşinq sindromu ilə əlaqəli ola bilər. Cərrah Aleksandr Umnov xəstəliyin inkişafına səbəb olan patoloji prosesləri izah edib və "ay formalı" üzdən necə qurtulmaq barədə məsləhətlər verdi.
Həkimlər həmçinin ay formalı görünüş alan şişmiş üzü "kortizol üz" adlandırırlar.
Həkim Aleksandr Umnov üzün niyə yuvarlaq bir forma aldığını və qızardığını izah etdi.
SİA-nın məlumatına görə, Lenta.ru-ya verdiyi müsahibədə həkim bunun qanda qlükokortikoidlərin - böyrəküstü vəzi qabığı hormonlarının kəskin artmasının nəticəsi olduğunu izah etdi, bunlardan əsası kortizoldur.
Bu vəziyyət tez-tez Kuşinq sindromunda, böyrəküstü vəzilərdə həddindən artıq hormon sintezi baş verdikdə müşahidə olunur.
...Şişkinlik yağ toxumasının üzə, boyuna və gövdəyə yenidən paylanması səbəbindən inkişaf edir.
Umnov izah edib ki, digər səbəblərə uzun müddətli qlükokortikoid istifadəsi və qanda qlükokortikoid səviyyəsinin uzun müddət artmasına səbəb olan hipofiz və böyrəküstü vəzilərinin şişləri daxildir.
Həkim həmçinin şişkin üzün səbəbləri kimi stressi və spirtli içki qəbulunu da qeyd etdi.
"Ay üzü"ndən qurtulmaq üçün spirtli içkilərdən imtina etmək, yuxunu yaxşılaşdırmaq, şişi çıxarmaq və ya qlükokortikoid dozasını tənzimləmək lazımdır.
Nazlı Almuradova