”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inkişaf modelində ictimaiyyətin, yerli sakinlərin və ziyarətçilərin iştirakı mühüm amil kimi qiymətləndirilir”.
SİA xəbər verir ki, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak çıxışı zamanı qeyd edib ki, sözügedən konsepsiya sadəcə normativ sənəd xarakteri daşımır, eyni zamanda içərişəhərin gələcəkdə necə idarə olunacağını, hansı istiqamətlərdə inkişaf edəcəyini müəyyənləşdirən əsas yol xəritəsidir:
“İçərişəhər yalnız tarixi-memarlıq qoruğu deyil, canlı və yaşayan bir məkandır. Burada tarix nəfəs alır və məhz bu xüsusiyyət idarəetməyə yanaşmada müasir, balanslaşdırılmış və dayanıqlı modellərin tətbiqini zəruri edir. Qoruğun fəaliyyətində əsas məqsəd tarixi irsin elə qorunmasını təmin etməkdir ki, o, həm bugünkü həyatla vəhdət təşkil etsin, həm də gələcək nəsillər üçün öz dəyərini itirməsin. Bu yanaşma İçərişəhərin qorunması və inkişafında fundamental prinsip kimi qəbul olunur”