Azərbaycan çempionatındakı 95 oyunu stadionlardan 124 min azarkeş izləyib

23 Dekabr 2025 10:42 (UTC+04:00)

Misli Premyer Liqasında cari mövsümün ilk yarısındakı oyunları stadionlardan 124 min 60 tamaşaçı izləyib.

SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

95 matçda orta göstərici 1306-yə bərabər olub.

XII turun "Sumqayıt" – "Qarabağ" matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

"Sumqayıt" ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. "Turan Tovuz"un ikinci olduğu siyahıda ilk "üçlüy"ü "Neftçi" qapayır.

1 "Sumqayıt" 9 25810 2868
2 "Turan Tovuz" 7 17100 2443
3 "Neftçi" 8 14848 1856
4 "Sabah" 8 12855 1607
5 "Qarabağ" 7 10387 1484
6 "Karvan-Yevlax" 9 13120 1458
7 "Şamaxı" 7 7400 1057
8 "Zirə" 9 7950 883
9 "Kəpəz" 8 4850 606
10 "Qəbələ" 7 4000 571
11 "İmişli" 8 4200 525
12 "Araz-Naxçıvan" 8 1540 193
Cəmi 95 124060 1306