Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb

23 Dekabr 2025 09:51 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

SİA xəbər verir ki, 2026-cı ilin yanvar ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,05% artaraq 3,994 ABŞ dolları təşkil edib.