Dünya bazarlarında neft ucuzlaşıb

23 Dekabr 2025 09:49 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin 0,26% azalaraq 1 barelə görə 61,91 ABŞ dolları təşkil edib.

SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevral ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,28% azalaraq 57,85 ABŞ dollarına bərabər olub.