Xəzər dənizində zəlzələ baş verib

23 Dekabr 2025 09:25 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 08:32-də qeydə alınan zəlzələnin maqnitudası 4,8 olub.

Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.