...Qana parlamenti kriptovalyuta ticarətini leqallaşdıran və bunun üçün qaydalar müəyyən edən qanun qəbul edib.
SİA xəbər verir ki, yerli "Graphic Business" nəşrinin məlumatına görə, bu barədə ölkənin mərkəzi bankının rəhbəri Conson Asiamah məlumat verib.
Oktyabr ayında cənab Asiamah kriptovalyuta qanunvericiliyinin ilin sonuna qədər qəbul ediləcəyini bildirib.
Sənəd Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə hazırlanıb və rəqəmsal aktivlər bazarı üçün hərtərəfli tənzimləyici çərçivə yaratmaq məqsədi daşıyır.
Qana Mərkəzi Bankının rəhbəri vurğulayıb ki, "Bu, sadəcə yeni qanunvericilik deyil; bu, daha effektiv siyasətlərin hazırlanması və daha sərt nəzarətin həyata keçirilməsi üçün əsasdır".
O qeyd edib ki, əvvəllər tənzimləmənin olmaması istifadəçiləri fırıldaqçılıq, çirkli pulların yuyulması və sistemli təhdidlər risklərinə məruz qoyurdu.
Hakimiyyət orqanları ümid edir ki, yeni nəzarət sistemi nüfuzlu investorları və fintech şirkətlərini Qanaya cəlb edəcək, iş yerlərinin yaradılmasını asanlaşdıracaq və iqtisadi şaxələndirməni dəstəkləyəcək.
Əli Babayev