Nikol Paşinyan: Regionumuzda çox müsbət və vacib irəliləyişlər baş verir

22 Dekabr 2025 19:48 (UTC+04:00)

Həm Avrasiya İqtisadi İttifaqı, həm də MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşləri çərçivəsində birlikdə iki çox gərgin gün keçirdik.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 22-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Onun sözlərinə görə, regionumuzda çox vacib və xoşbəxtlikdən müsbət irəliləyişlər baş verir.

“Vaşinqtonda avqustun 8-də əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar artıq Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit hərəkət edir”, - deyə Paşinyan qeyd edib.