“İntellekt macərası” adlı bilik və məntiq yarışı keçirilib

22 Dekabr 2025 19:12 (UTC+04:00)

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “İntellekt macərası” adlı bilik və məntiq yarışı keçirilib.

SİA xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib. Yarışda Mərkəzin 6-10 yaş arası “İntellektual inkişaf” və “Əyləncəli riyaziyyat” dərnəyinin üzvlərindən ibarət 8 komanda iştirak edib. Hər komanda 6 dərnək üzvündən təşkil edilib. Oyun 6 turdan ibarət olub.

Münsiflər heyətində Mərkəzin direktoru Elza Orucova və “Spektrum” oyununun təşkilatçısı Ramiz Tağıyev, qiymətləndirmə komissiyasının sədri direktor müavini Sevda Cəlilova, metodistlər Gülbəniz Şahbazova və Səbinə Rəhimli, aparıcı mərkəzin təşkilatçısı Cəmilə Əhmədova yer alıblar.

Oyunun təşkilatçısı Elm və texnika şöbəsinin metodisti Xeyrənsə Hümmətova olub.

Bütün iştirakçılar sertifikat və hədiyyələrlə, qalib komandalar isə I, II, III yerlər üzrə diplomlarla təltif ediliblər.